Mançester derbisində möhtəşəm qələbə qazandılar

Mançester derbisində möhtəşəm qələbə qazandılar
DÜNYA FUTBOLU 17 Yanvar 2026 / 18:24 1666
-  A +

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.

QOL.az-ın xəbərinə görə, turun açılış matçı Mançesterdə keçirilib. Derbidə “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

Bu, “Mançester Yunayted”in müvəqqəti yeni baş məşqçisi Maykl Karrikin rəhbərliyi altında “qırmızı şeytanlar”ın Mançester derbisində ilk oyunu olub. Matç onların tam üsyünlüyü şəraitində keçib və “MY”nin qələbəsi ilə başa çatıb - 2:0. 

Qolları Bryan Mbeumo (65-ci dəq.), və Patrik Dorğu (76) vurub. “Qırmızı şeytanlar”ın düz 3 qolu isə VAR-a baxıldıqdan sonra ləğv edilib.

Bu qələbə sayəsində xalını 35-ə çatdıran “Mançester Yunayted” 4-cü yerə yüksəlib. Xosep Qvardiolanın “Mançester Siti”si isə 43 xalla 2-ci yeri tutur. Lakin hər iki komanda ən yaxın izləyicilərinin matçlarının nəticəsindən asılı olaraq indiki mövqelərini itirə bilər.


Son xəbərlər