Hazırda Antalyada təlim-məşq toplanışında olan Rumıniyanın FCSB komandası Azərbaycanın çempionu “Qarabağ”la eyni idman kompleksində məskunlaşıb.
QOL.az xəbər verir ki, bu barədə Rumıniyanın sport.ro saytı məlumat yayıb.
UEFA Çempionlar Liqasının bu mövsümündə uğurlu çıxışı ilə diqqət çəkən Ağdam təmsilçisi ötən mövsüm Avropa Liqasında Rumıniya klubuna uduzmuşdu.
FCSB-nin hücumçusu Daniel Bırlidja (Daniel Bîrligea) “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib. O, Azərbaycan çempionunun əsas mərhələyə yüksəlməsini və ilk 6 oyunda topladığı 7 xalı xüsusi qeyd edib:

“Onlarla çox danışmamışıq, amma düşünürəm ki, məşqçilər arasında ünsiyyət olub. Bu il Çempionlar Liqasında etdiklərini hamımız gördük. "Qarabağ"ı təbrik edirik. Mövsüm onlar üçün sensasiyalı alındı və inanıram ki, daha da irəli gedə bilərlər”, – deyə o bildir.
Qeyd edək ki, “Qarabağ” və FCSB bir il əvvəl Avropa Liqasının əsas mərhələsində üz-üzə gəlmişdi. Bakıdakı oyunda Rumıniya çempionu 3:2 hesablı qələbə qazanmışdı. Həmin görüşdə Adrian Şut dubla imza atmış, David Mikulesku isə bir qol vurmuşdu. Qolların hamısı künc zərbələrindən sonra qeydə alınmışdı.
Bu mövsüm də komandaların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşmaq ehtimalı var idi. Lakin FCSB “Şkendiya”ya uduzaraq mübarizəni dayandırdı və Avropa Liqasına yuvarlandı.
Timo Verner MLS klubunda
Ronaldonun komanda yoldaşı İtaliyaya gedir
"Çelsi"nin futbolçusu sıradan çıxdı, derbini buraxa bilər
Artıq xəbərlərimiz telefonunuza gələcək!
"Real" yeni baş məşqçisini açıqladı - Rəsmi
Xabi Alonso istefaya göndərildi - Rəsmi
"Barselona"nın prezidenti Mbappeni tənqid etdi
"Fərdi səhvlər komandaya baha başa gəlir" - Saşa İliç
“Qarabağ” 2026-cı ilə 5 qollu qələbə ilə başladı
"Mançester Siti" millinin futbolçusunu hədəfə aldı
"Zirə" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı
"Sumqayıt" Serbiya təmsilçisinə böyük hesabla uduzdu
"Dinamo" azərbaycanlı futbolçunu toplanışa aparmayacaq
"Difai"i heyətini əcnəbi futbolçu ilə gücləndirdi
"Neftçi" Misir klubu ilə qarşılaşacaq
2026-cı ilin ilk turu rəqəmlərin gözü ilə
"Fənərbaxça"dan Fransa klubuna
"Qəbələ"dən ayrıldı, 1-ci liqa klubuna keçdi
“Bizim üçün çox önəmli toplanışdır” - Rəşad Eyubov
Sabiq “Qalatasaray”lı Braziliya klubunda
"Real" Alonsonu göndərəcəkmi?
Kontedən çılğın hərəkətlər - Şəkillər