"Neftçi" Misir klubuna qarşı

"Neftçi" Misir klubuna qarşı
ÖLKƏ FUTBOLU 13 Yanvar 2026 / 09:20 449
-  A +

“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Piramids”lə (Misir) üz-üzə gələcək.

"Pramids" hazırda Misir Premyer Liqasında 12 oyuna 27 xalla 2-ci pillədə qərarlaşıb. "Neftçi" isə 16 turdan sonra 20 xalla 8-cidir.

“Məhəmməd bin Zayed” stadionunda keçiriləcək görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər