"Dinamo" azərbaycanlı futbolçunu toplanışa aparmayacaq

"Dinamo" azərbaycanlı futbolçunu toplanışa aparmayacaq
DÜNYA FUTBOLU 12 Yanvar 2026 / 18:12 948
-  A +

"Dinamo" Moskvanın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. 

QOL.az xəbər verir ki, siyahıda azərbaycanlı gənc yarımmüdafiəçi Ülvi Babayevin adı yer almayıb.

Məlumata görə, yanvarın 14-də başlayacaq toplanışa 21 yaşlı futbolçu aparılmayacaq. Klub rəhbərliyinin qərarı bununla da yekunlaşmayıb. Babayev komandanın ümumi yazışma qrupundan da çıxarılıb ki, bu da tərəflər arasında münasibətlərin xeyli gərginləşdiyini göstərir.

Qeyd olunur ki, futbolçunun “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Mövcud qaydalara əsasən, o artıq indidən digər klublarla danışıqlar aparmaq və ilkin razılaşma əldə etmək hüququna malikdir.

Xatırladaq ki, daha öncə Ülvi Babayevin “Dinamo”nun əsas rəqibi “Spartak”a keçməsi ilə bağlı xəbərlər yayılmışdı. Hücumameyilli yarımmüdafiəçi cari mövsümdə 15 oyunda iştirak edib və 5 qol vurub.


Son xəbərlər