"Zirə" Rumıniya komandası ilə üz-üzə

"Zirə" Rumıniya komandası ilə üz-üzə
ÖLKƏ FUTBOLU 12 Yanvar 2026 / 10:51 231
-  A +

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirəcək.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çiksereda” komandası iə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. "Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.

Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.


Son xəbərlər