Ronaldo qol lideri oldu, komandası uduzdu

Ronaldo qol lideri oldu, komandası uduzdu
DÜNYA FUTBOLU 9 Yanvar 2026 / 00:35 2249
-  A +

Səudiyyə Ərəbistanı Pro Liqasının 14-cü turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Qadisiyə”ni qəbul edib.

QOL.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 51-ci dəqiqədə “Əl-Qadisiyə”nin hücumçusu Xulian Kinyones açıb. 67-ci dəqiqədə Naitan Nandes fərqi iki topa çatdırıb. Meydan sahiblərinin yeganə qolunu isə 81-ci dəqiqədə penaltidən Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, bu, portuqaliyalı ulduzun karyerasındakı 958-ci qolu olub. Bununla da o, Səudiyyə Ərəbistanı Premyer Liqasının qol vuran oyunçuları siyahısında birinci yerə sahiblənib.

Xatırladaq ki, 13 oyundan sonra 31 xalı olan "Əl-Nəsr" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Aktivində 27 xal olan "Əl-Qadisiyə" isə 4-cü sıradadır


Son xəbərlər