"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi

"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
XƏBƏR 21 Dekabr 2025 / 22:54 446
-  A +

"Arsenal" Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Ayub Buaddi üçün hərəkətə keçib.

QOL.az xəbər verir ki, “Daily Mirror” nəşrinin Fransa mətbuatına istinadən yaydığı məlumata görə, danışıqlara London təmsilçisinin idman direktoru Andrea Berta rəhbərlik edir. “Topçular”ın gələn ay rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.

Bildirilir ki, Arsenal 18 yaşlı fransız futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə eyni zamanda “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul” və PSJ də yaxından maraqlanır.

Buaddinin transferində Arsenalın əsas rəqibi “Çelsi” hesab olunur. “Zadəganlar”ın da eyni məbləği ödəməyə hazır olduğu vurğulanır.

Qeyd edək ki, məlumata görə, “Lill” rəhbərliyi futbolçunu gələn yaya qədər komandada saxlamaq niyyətindədir. 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...