"Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 15-ci turunda "Kəpəz"lə (1:0) baş tutan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında səsləndirib. Gürcü mütəxəssis rəqibi təbrik etsə də, komandasının oyunundan və alınan qırmızı vərəqədən kəskin narazılığını bildirib:
"Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə vərəqə almaq olar? "Kəpəz"in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün pis oynadıq, Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq".
Baş məşqçi Sanqarenin son zamanlardakı səhvləri (penalti qaçırması və qırmızı vərəqə) barədə suala təmkinli yanaşıb. O, limit səbəbindən cəmi 5 transfer edə bildiklərini, buna görə mövcud heyəti qorumalı olduqlarını, lakin Sanqarenin daha yaxşı oynamalı olduğunu vurğulayıb. Baş məşqçi qapıçı Səlahət Ağayevin rəqabətsizlikdən əziyyət çəkdiyi fikri ilə razılaşaraq yeni qapıçı gətirməyi planlaşdırdıqlarını da açıqlayıb.
Yevlax stadionunun durumuna toxunan mütəxəssis "Şamaxı" stadionuna nisbətən burada futbol oynamağın mümkün olduğunu, sadəcə öyrəşməyin lazım gəldiyini qeyd edib. O, hazırkı dövrün karyerasında ən ağır mərhələlərdən biri olduğunu etiraf edərək bəzi futbolçuların iki qələbədən sonra bu matça köklənə bilmədiyini əlavə edib.
K.Sxadadze komandanın hədəfləri və avrokubok şansları barədə suala isə məşhur bənzətmə ilə cavab verib:
"Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz".
"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı
Benzema "Beşiktaş"a gəlir?
"Sabah" "Zirə" matçındakı 4 qol - Video
Yaxşı ki, Azərbaycandasan, Dambrauskas!
"Arsenal"dan səfərdə darmadağın
CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı - Rəsmi
"Mançester Siti"dən Türkiyə klubuna keçdi
“Şamaxı”nın səfər qələbəsi - Video
"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə qalib gəldi
Azarkeşlər matça gəlmədi, klub sükut içində qələbə qazandı
"Neftçi"nin yetirməsi 1-ci liqa klubunda
Millimizin üzvü Serbiya klubunda - Rəsmi
“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir
PSJ-nin zədəli futbolçularından xəbər var
Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro itiriblər
"Zirə" - "Sabah": Heyətlər
Benzema Avropaya qayıda bilər
“Liverpul”da qalmaqal
"Kəpəz" - "Şamaxı": Heyətlər
Dünyanın ən bahalı futbol akademiyaları
Salahın “Qarabağ”a qarşı oyununu dəyərləndirdi
PSJ Enrike ilə bağlı qərar verdi
La Liqada ayın ən yaxşıları açıqlandı
Avrokuboklar tarixində yeni rekord
“Trabzonspor” səfərdə xal itirdi - Video
Ronaldo 961-ci qolunu vurdu
Superliqada 20-ci tur start götürdü