AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin oyunu ilə yanaşı daha 5 görüş keçirilib. Qol.Az-ın məlumatına görə, bu oyunlar seçmə mərhələnin C, D və E qruplarında baş tutub.
C qrupunda cəmi 1 görüş keçirilib. Bu qrupun aşkar autsayderi olan Farer adaları öz meydanında Estoniya yığmasını qəbul edib. Görüş sensasion nəticə ilə başa çatıb. Farer adaları Bakı "İnter"inin futbolçusu Dmitri Kruqlovun start heyətində yer aldığı Estoniyanı məğlub edib.
D qrupunda Belarus Lüksemburqla, Bosniya-Herseqovina isə Albaniya ilə qarşılaşıb. Bu qrupda daha çox Minskdəki görüş maraq doğurub. Çünki Belarus - Lüksemburq matçını azərbaycanlı referi Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Salmanov komandaların hərəyə bir futbolçusuna sarı vərəqə göstərib. O, eyni zamanda Lüksemburqun qapısına penalti təyin edib ki, Belarus da bundan yararlana bilib. Eyni xala malik olan Bosniya-Herseqovina və Albaniyanın dueli də az maraq doğurmayıb. Bu görüşdə də meydan sahibləri qalib gəliblər.
E qrupunda isə İsveç öz meydanında Finlandiyanı qəbul edib. İsveç AÇ-ya getmək şansını saxlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Onlar buna nail olublar. Görüş İsveçin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan 3-ünü Zlatan İbrahimoviç vurub. Qrupun digər görüşündə isə San Marino Macarıstana böyük hesabla uduzub.
Ümumiyyətlə, gecənin oyunları kifayət qədər məhsuldar alınıb. Millimizin Almaniya ilə oyununda vurulan 4 qolu da nəzərə alsaq, 6 matçda 18 top qeydə alınıb. Bu isə hər görüşə orta hesabla 3 top deməkdir.
7 iyun
AÇ-2012-nin seçmə mərhələsi
C qrupu
23:30. Farer adaları - Estoniya - 2:0
Qol: Frodi Benjaminsen, 43-pen. (1:0). Arnbyörn Hansen, 47 (2:0)
Penaltini vura bilməyib: Frodi Benjaminsen, 47 (Farer adaları)
Qırmızı vərəqələr: Sander Puri, 57 (Estoniya). Pol Yohannes Yustinussen, 89 (Farer adaları)
1 İtaliya 6 5 1 0 14 - 1 16
2 Sloveniya 7 3 2 2 9 - 4 11
3 Serbiya 6 2 2 2 8 - 9 8
4 Estoniya 7 2 1 4 7 - 11 7
5 Şimali İrlandiya 5 1 3 1 3 - 3 6
6 Farer adaları 7 1 1 5 5 - 18 4
D qrupu
22:00. Belarus - Lüksemburq - 2:0
Qollar: Sergey Kornilenko, 48-pen. (1:0). Anton Putsila, 73 (2:0)
23:15. Bosniya və Herseqovina - Albaniya - 2:0
Qollar: Haris Medunyanin, 67 (1:0). Darko Maletiç, 90 (2:0)
Qırmızı vərəqə: Endi Lila, 87 (Albaniya)
1 Fransa 6 4 1 1 9 - 2 13
2 Belarus 7 3 3 1 6 - 2 12
3 Bosniya-Herseqovina 6 3 1 2 8 - 7 10
3 Rumıniya 6 2 2 2 8 - 6 8
4 Albaniya 6 2 2 1 4 - 6 8
6 Lüksemburq 7 0 1 6 1 - 13 1
E qrupu
23:00. İsveç - Finlandiya - 5:0
Qollar: Kim Kallstrom, 11 (1:0). Zlatan İbrahimoviç, 31 (2:0). Zlatan İbrahimoviç, 35 (3:0). Zlatan İbrahimoviç, 53 (4:0). (5:0). Emir Bayrami, 83 (5:0)
23:30. San Marino – Macarıstan - 0:3
Qollar: Zoltan Liptak, 40 (0:1). İmre Sabiç, 49 (0:2). Vladimir Koman, 83 (0:3)
1 Hollandiya 6 6 0 0 21 - 5 18
2 İsveç 6 5 0 1 20 - 6 15
3 Macarıstan 7 4 0 3 18 - 13 12
4 Finlandiya 6 2 0 4 11 - 11 6
5 Moldova 6 2 0 4 7 - 9 6
6 San Marino 7 0 0 7 0 - 33 0
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı