"Qəbələ" - "Turan Tovuz" matçının davamı sabah keçirilməyəcək - Rəsmi açıqlama

"Qəbələ" - "Turan Tovuz" matçının davamı sabah keçirilməyəcək - Rəsmi açıqlama
ÖLKƏ FUTBOLU 8 Dekabr 2025 / 20:00 6912
-  A +

Misli Premyer Liqasının 14-cü turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi açıqlama yayıb.

Turun davam etməsi baxımdan matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib. Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib.

Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

***

19:20

Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb.

QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi açıqlama yayıb.

Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb. Prosedur qaydalarına uyğun olaraq stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun bu gün davam etdirilməsinə imkan verməyib.

Qarşılaşmanın nə vaxt keçiriləcəyi barədə əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında və sosial media hesablarında veriləcək.

***

18:14

Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salındı.

QOL.az xəbər verir ki, buna Qəbələdəki qatı dumanlı hava şəraiti səbəb olub. Qarşılaşma 24-cü dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb. 

Qarışılaşmanın keçiriləcəyi tarix barədə daha sonra məlumat veriləcəyi bildirilib.

Daha çox


Son xəbərlər