"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməkləri haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının oyunundan razı qalmadığını deyib:
"Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz".
O, gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməməsinə toxunub: "Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır".
S.İliç AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirib: "Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, 2 oyunluq cəza kifayət edərdi".
O, sonda Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla arasındakı mübahisədən də söz açıb: "Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik".
"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı
Benzema "Beşiktaş"a gəlir?
"Sabah" "Zirə" matçındakı 4 qol - Video
Yaxşı ki, Azərbaycandasan, Dambrauskas!
"Arsenal"dan səfərdə darmadağın
CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı - Rəsmi
"Mançester Siti"dən Türkiyə klubuna keçdi
“Şamaxı”nın səfər qələbəsi - Video
"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə qalib gəldi
Azarkeşlər matça gəlmədi, klub sükut içində qələbə qazandı
"Neftçi"nin yetirməsi 1-ci liqa klubunda
Millimizin üzvü Serbiya klubunda - Rəsmi
“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir
PSJ-nin zədəli futbolçularından xəbər var
Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro itiriblər
"Zirə" - "Sabah": Heyətlər
Benzema Avropaya qayıda bilər
“Liverpul”da qalmaqal
"Kəpəz" - "Şamaxı": Heyətlər
Dünyanın ən bahalı futbol akademiyaları
Salahın “Qarabağ”a qarşı oyununu dəyərləndirdi
PSJ Enrike ilə bağlı qərar verdi
La Liqada ayın ən yaxşıları açıqlandı