Runi başında tük əkdirir

Runi başında tük əkdirir
DÜNYA FUTBOLU 6 İyun 2011 / 01:21 2453
-  A +

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ueyn Runi yay fasiləsi vaxtı saç düzümündə müəyyən düzəliş etməyi qərara alıb. Qol.Az-ın məlumatına görə, bu məqsədlə Runi saç əkilməsi üzrə klinikalardan birinə müraciət edib.

Bu isə jurnalistlərin diqqətindən yayınmayıb. Həqiqət üzə çıxdıqda isə Runi belə bir əməliyyat keçirdiyini "Twitter" vasitəsilə təsdiqləməli olub: "Bəli, saç əkilməsi xidmətindən yararlandığımı təsdiqləyirəm. Axı 25 yaşımda keçəlləşmə perspektivi istisna deyil". Runi saçlarına qulluq üçün ona yaxşı gel məsləhət görülməsini xahiş edib.

Müzakirələrə futbolçunun həyat yoldaşı da qoşulub. O bildirib ki, əri belə bir qərar qəbul edib.

Daha çox


Son xəbərlər