"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi, "Qarabağ" "Sumqayıt"a qarşı

"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi, "Qarabağ" "Sumqayıt"a qarşı
PREMYER LİQA 21 Noyabr 2025 / 15:54 4095
-  A +

Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatıb.

QOL.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.

İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax"  "Kəpəz"i qabul edib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Gəncə təmsilçisi sonuncu yerdən qurtulub. Komanda "Karvan-Yevlax" və ehtiyatda bir oyunu olan "Qəbələ"ni qabaqlayaraq 10-cu pilləyə yüksəlib.

Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək.

21 noyabr (cümə)

14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2 

Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Yevlax şəhər stadionu

19:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

22 noyabr (şənbə)

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

17:30. “Zirə” – “Qəbələ”

23 noyabr (bazar)

15:00. “Sabah” – “Şamaxı”

17:30. “Neftçi” – “İmişli”

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

 

Daha çox


Son xəbərlər