AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha 9 oyun keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə görüşlər 4 qrupda baş tutub.
B qrupunda Rusiya evdə Ermənistanla qarşılaşıb. Səfərdə 0:0-lıq bərabərə qalan Rusiya millisi bu dəfə inamlı qələbə qazanıb. Şimal qonşularımızın hər üç qolunu Roman Pavlyuçenko vurub. Lakin bu qələbə Rusiyanı vahid liderə çevirməyib. Çünki qrupun digər görüşündə Slovakiya Andorraya minimal hesabla qalib gəlib. İrlandiya isə Makedoniyanı səfərdə yenib.
F qrupunda "Bakı" klubunun da baş məşqçisi olan Aleksandr Starkovun çalışdırdığı Latviya yığması evdə İsraili qəbul edib. Oyun ilk görüşdə olduğu kimi, İsrailin qələbəsi ilə nəticələnib. Bununla da Latviya qrupda 5-ci pilləyə enib. Yunanıstan millisi isə qrupun autsayderi Maltanı çətinlik çəkmədən yenib - 3:1.
G qrupunda lider İngiltərə öz meydanında İsveçrəni sınağa çəkib. Oyunun gedişində 0:2 hesabı ilə geri düşən ingilislər hesabı bərabərləşdirə biliblər. Lakin Çernoqoriya fürsətdən yararlana bilməyib. Bolqarıstanla oyun da heç-heçə ilə nəticələnib.
H qrupunda isə autsayder İslandiya Danimarka ilə oyunda da məğlubiyyətlə üzləşib. Portuqaliya isə Norveç üzərində minimal hesablı qələbə sayəsində liderliyə yüksəlib.
4 iyun
AÇ-2012-nin seçmə mərhələsi
B qrupu
20:00. Rusiya – Ermənistan - 3:1
Qollar: Markos Pitselli, 25 (0:1), Roman Pavlyuçenko, 26 (1:1), Roman Pavlyuçenko, 59 (2:1), Roman Pavlyuçenko, 73-pen. (3:1)
23:15. Slovakiya - Andorra - 1:0
Qol: Miroslav Karhan, 63 (1:0)
00:30. Makedoniya - İrlandiya - 0:2
Qollar: Robbi Kin, 8 (0:1). Robbi Kin, 37 (0:2)
1 Slovakiya 6 4 1 1 6 - 4 13
2 Rusiya 6 4 1 1 9 - 4 13
3 İrlandiya 6 4 1 1 11 - 6 13
4 Ermənistan 6 2 2 2 10 - 7 8
5 Makedoniya 6 1 1 4 5 - 8 4
6 Andorra 6 0 0 6 1 - 13 0
F qrupu
21:30. Latviya - İsrail - 1:2
Qollar: Yossi Benayun, 19 (0:1), Tal Ben Haim, 43 (0:2), Aleksandr Sauna, 62 (1:2)
23:30. Yunanıstan - Malta - 3:1
Qollar: Giannis Fetafatsidis, 8 (1:0). Kiriakos Papadopulos, 26 (2:0). Mixael Mifsud, 54 (2:1). Giannis Fetafatsidis, 64 (3:1)
1 Yunanıstan 6 4 2 0 8 - 3 14
2 Xorvatiya 6 4 1 1 10 - 3 13
3 İsrail 7 4 1 2 10 - 7 13
4 Gürcüstan 7 2 3 2 5 - 5 9
5 Latviya 6 1 1 4 5 - 9 4
6 Malta 6 0 0 6 2 - 13 0
G qrupu
20:45. İngiltərə - İsveçrə - 2:2
Qollar: Trankilyo Barnetta, 32 (0:1), Trankilyo Barnetto, 35 (0:2), Frenk Lempard, 37-pen. (1:2), Eşli Yanq, 51 (2:2)
23:30. Çernoqoriya – Bolqarıstan - 1:1
Qollar: Radomir Caloviç, 53 (1:0). İvelin Popov, 66 (1:1)
1 İngiltərə 5 3 2 0 11 - 3 11
2 Çernoqoriya 5 3 2 0 4 - 1 11
3 İsveçrə 5 1 2 2 7 - 7 5
4 Bolqarıstan 5 1 2 2 2 - 6 5
5 Uels 4 0 0 4 1 - 8 0
H qrupu
23:45. İslandiya - Danimarka - 0:2
Qollar: Lasse Şöne, 60 (0:1). Kristian Eriksen, 75 (0:2)
01:00. Portuqaliya – Norveç - 1:0
Qol: Elder Poştiqa, 53 (1:0)
1 Portuqaliya 5 3 1 1 11 - 7 10
2 Danimarka 5 3 1 1 7 - 4 10
3 Norveç 5 3 1 1 6 - 4 10
4 Kipr 4 0 2 2 5 - 8 2
5 İslandiya 5 0 1 4 2 - 8 1
Ştegen rəqib kluba keçdi
"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
FİFA milli komandaların yeni siyahısını açıqladı
"Tottenhem"in müdafiəçisi mövsümü başa vurdu
"Barselona" yeni qapıçı axtarışına başladı
Mərakeş FİFA və CAF-ı məhkəməyə verir
"Mançester Siti" millinin futbolçusunu transfer etdi - Rəsmi
Azərbaycanlı balasının “San Siro”dakı möhtəşəm qolu - Video
Ronaldo sabiq klubuna "qalib gəldi"