Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı

Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
DÜNYA FUTBOLU 31 Oktyabr 2025 / 16:26 910
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştirak edən 151 hakim haqqında qərar verib.

QOL.az xəbər verir ki, sözügedən referilər 8-12 ay aralığında  hakimlikdən uzaqlaşdırılıblar.

FİFA hakimi Zorbay Küçük, eləcə də Melih Kurt və Mertcan Tubayla bağlı istintaqın davam etdirilməsinə qərar verilib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında 571 aktiv hakimdən 371-nin mərc hesabının olduğunu, onlardan isə 152-nin aktiv mərc oynadığını açıqlamışdı.


Son xəbərlər