“Neftçi” Abubakarla müqavilə imzaladı

“Neftçi” Abubakarla müqavilə imzaladı
XƏBƏR 21 Oktyabr 2025 / 17:44 1832
-  A +

“Neftçi” ulduz futbolçu Vensan Abubakarı transfer etdiyini rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Kamerun milli komandasının hücumçusu artıq “Neftçi” ailəsinin üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

O, "Neftçi"yə azad agent kimi transfer olunub.


Son xəbərlər