Azarkeşlər aranı qatdı, derbi təxirə salındı

Azarkeşlər aranı qatdı, derbi təxirə salındı
XƏBƏR 20 Oktyabr 2025 / 10:50 1135
-  A +

İsrail çempionatının 7-ci turunun ötən gün keçirilməli olan "Makkabi" - "Hapoel" matçı təxirə salınıb.

QOL.az xəbər verir ki, buna səbəb azarkeşlərin derbidən öncə yaratdığı iğtişaşlar olub.

Polis İsrail çempionatının "Makkabi" - "Hapoel" matçının keçirilməli olduğu stadionda şəraiti təhlükəli elan edib.

Azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində arena tüstüyə bürünüb. İsrail polisinin məlumatına görə, hadisə zamanı 3 polis əməkdaşı və 5 azarkeş yaralanıb.

Bundan əlavə, bir neçə azarkeş stadionun kənarına şüşə və daş atıb. Qeyd olunub ki, beş nəfər həbs edilib, daha bir neçə nəfər saxlanılıb.

Stadiona 25 mindən çox tamaşaçı toplaşıb. Qarşılaşmanın baş tutmayacağı ilə bağlı anons edilib və azarkeşlərin oranı tərk etməsi tələb olunub.

Görüşün nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.

Daha çox


Son xəbərlər
19.10.25  17:00

Kloppa yeni iş verildi