Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”

Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2025 / 21:46 2894
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 8-ci turunda “Turan Tovuz” üzərindəki qələbəni (2:1) şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, ilk hissədə balans tam yox olmayıb və oyun istədikləri kimi getməyib:

“İlk hissədə top çox az oyunda qalırdı, uzun toplar və mübarizə üstünlük təşkil edirdi. Amma ikinci hissədə oyun tam fərqli alındı, rəqibin enerjisi azaldı və daha rahat oynaya bildik. Futbolçularımı təbrik edir, hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Qurbanov “Atletik”lə qarşıda oyundakı hansısa fərqli gedişlər edib-etməyəcəyinə də toxunub:

“İllərdir nə etmişiksə, onu etməyə çalışacağıq. Rəqib taktiki baxımdan güclüdür və buna uyğun oynayacağıq. Futbolçularımızın diqqətli olması vacibdir, matçda nə qədər imkan verəcəklərini isə görəcəyik. Hələlik rəqibi tam təhlil etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq”.

O, həmçinin Marko Yankoviçin həmin görüşdə start heyətdə oynayıb-oynamayacağı barədə sualı da cavablandırıb:

“Sabah məşqimiz olacaq. Oyuna kimi lazımi qərarı verəcəyik. Bu gün onu ehtiyatda saxladım, amma planımda ən azı 30 dəqiqə oynatmaq var idi”.

Daha çox


Son xəbərlər
17.10.25  21:00

Yankoviç qayıtdı!