Bu gün Blatterin taleyi həll olunur

Bu gün Blatterin taleyi həll olunur
DÜNYA FUTBOLU 1 İyun 2011 / 00:01 2006
-  A +

Bu gün İsveçrənin Sürix şəhərində növbəti 4 il müddətinə FİFA prezidenti seçiləcək. Qol.Az-ın məlumatına görə, seçki qurumun 61-ci Konqresi çərçivəsində baş tutacaq. 

İki gün davam edəcək toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edirlər. FİFA prezidenti postuna hazırkı prezident Zepp Blatter iddialıdır. Onun rəqibi Asiya Futbol Konfederasiyasının rəhbəri Məhəmməd bin Həmmam olmalı idi. Lakin bin Həmmam FİFA daxilində baş verən son qalmaqallarla əlaqədar namizədliyini geri götürüb.  

Seçkidə FİFA-ya üzv 208 ölkədən 205-i səsvermə hüququna malik olacaq. Blatter yalnız bir halda növbəti 4 il müddətinə prezident seçilməyə bilər: İngiltərə Futbol Federasiyasının boykot təklifini səsverməyə qatılanların ən azı 75 faizi dəstəkləsinlər. Lakin bu, inandırıcı deyil. Çünki Blatter FİFA daxilindəki problemlərə rəğmən, əksər ölkələrin dəstəyini alıb.

Daha çox


Son xəbərlər