“Şamaxı” “Qəbələ”yə qalib gəlir - Yenilənir

“Şamaxı” “Qəbələ”yə qalib gəlir - Yenilənir
PREMYER LİQA 5 Oktyabr 2025 / 18:35 5716
-  A +

Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, turun son oyun günündə iki matçdan biri başa çatıb.

“Sabah” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Turun son matçında isə “Qəbələ” doğma divarlar arasında “Şamaxı” ilə üz-üzə gələcək. Komandaları hazırda turnir cədvəlində 2 xal ayırır. “Qəbələ” 4 xalla 11-ci, “Şamaxı” isə 6 xalla 9-cu yeri turur. 

Qeyd edək ki, bu oyunlardan sonra Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. 8-ci tur oktyabrın 17-də start götürəcək. 

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah” - 0:2 

Qollar: Coy-Lens Mikels, 31-pen. Kahim Parris, 37

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” - “Şamaxı” - 0:1 (İkinci hissə)

Qol: Rikardo Apolinariyo, 7-pen
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

3 oktyabr

“Zirə” - “Neftçi” - 2:2 

“Araz-Naxçıvan” - “İmişli” - 2:0 

4 oktyabr

“Sumqayıt” - “Turan Tovuz”- 0:3 

“Qarabağ” - “Kəpəz” - 1:0 


Bombardirlər:

Coy-Lens Mikels ("Sabah") - 4 qol

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 3 qol

Aleks Souza (“Turan Tovuz”) - 3 qol


Son xəbərlər