16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Rusiya yığmasına qarşı keçiriləcək final oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, baş məşqçi komandanın həlledici görüşə hazır olduğunu deyib:
“Turnirə gələrkən məqsədimiz əvvəlcə finala yüksəlmək, ardından çempion olmaq idi. Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq. Sabahkı oyun bizim üçün çox önəmlidir. Komandamız final matçına hazırdır. Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır. Finalda favorit olmur, komandaların şansları yarı-yarıyadır”.
Aqil Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb: “Sabahkı qarşılaşmada komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz sabah bizim yanımızda olacaqlar. Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdır. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik”.
Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan (U-16) – Rusiya (U-16) matçı saat 14:00-da başlanacaq.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video