İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel bu ay üçün açıqlanan heyətə daxil edilməyən Cud Bellinqem, Fil Foden və Cek Qriliş barədə danışıb. Alman mütəxəssis oyunçularla şəxsi problem yaşamadığını vurğulayıb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Tuhel mövzu ilə bağlı mətbuat konfransında bunları deyib:
“Bellinqemlə aramda heç bir problem yoxdur. Eyni sözlər Foden və Qriliş üçün də keçərlidir. Fil son zamanlar “Mançester Siti”nin əsas oyunçularından birinə çevrilib. Qriliş də formadan düşsə də, yavaş-yavaş əvvəlki səviyyəsinə qayıdır”.
Baş məşqçi bildirib ki, əvvəlki toplanışda komanda yüksək performans göstərdiyi üçün heyəti sabit saxlamağı üstün tutub:
“Son toplanışda komanda çox yaxşı təsir bağışladı. Bu səbəbdən dəyişiklik etmədik. Amma bu, kənarda qalan futbolçuların gələcəkdə milliyə dönməyəcəyi anlamına gəlmir. Sadəcə, daha çox səy göstərməlidirlər”.
Qeyd edək ki, İngiltərə millisi oktyabrda əvvəlcə Uelslə yoldaşlıq görüşü keçirəcək, ardınca isə Latviya ilə dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcək.
Flik 0:3-dən danışdı
Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə uduzdu
“Napoli”- “Qarabağ” oyununun - Heyətləri
"Ən qısa zamanda komandaya qoşulmaq istəyirdim"
Məşhur futbolçunun evi qarət olundu
FİFA Ronaldonun cəzasını açıqladı
Zaur Axundov AFFA İK-dən getdi
AFFA Hakimlər Komitəsinin sədri dəyişdi
“Real” rəhbərliyi Xabi Alonso haqda nə düşünür?
"Qarabağ"ın U-19 komandası "Napoli"yə də uduzdu - Yenilənib
İngiltərə nəhəngləri almaniyalı gənc futbolçunu hədəfə aldı
“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi
Millimiz seçmə mərhələdə ilk oyununu keçirdi
Qallaher “Atletiko”dan gedə bilər
“Real”ın qapıçısı Çempionlar Liqası oyununu buraxacaq
AÇ: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
2-ci liqada 2 oyuna 14 qol vuruldu
AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı
“Çelsi”nin aparıcı futbolçusu məşqlərə qayıdıb
Azərbaycanda futbolçu açıqlamasına görə cəzalandı