"Zirə" "İmişli" ilə heç-heçə etdi, "Qarabağ" "Qəbələ"yə qarşı

"Zirə" "İmişli" ilə heç-heçə etdi, "Qarabağ" "Qəbələ"yə qarşı
PREMYER LİQA 26 Sentyabr 2025 / 17:24 5774
-  A +

Misli Premyer Liqasında 6-cı tur start götürüb.

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

"Zirə" Qubada "İmişli"nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Hazırda "Zirə" 12 xalla 1-ci, "İmişli" isə 7 xalla 7-cidir.

Digər matçda isə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.

26 sentyabr

15:30. "İmişli" – "Zirə" - 1:1 

Qollar: Dieqo Rollo, 26- David Volkov, 80

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.

VAR: Elçin Məsiyev.

AVAR: Elşad Abdullayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. "Qarabağ" – "Qəbələ"

Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

"Azersun Arena"

27 sentyabr

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"

19:00. "Neftçi" – "Karvan"

28 sentyabr

16:30. "Turan Tovuz" – "Kəpəz"

19:00. "Sabah" – "Sumqayıt"

Bombardirlər: 

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Daha çox


Son xəbərlər