«Berti Foqts Messini «məhv» edərdi»

«Berti Foqts Messini «məhv» edərdi»
DÜNYA FUTBOLU 29 May 2011 / 18:24 3800
-  A +

Dünya futbolunun əfsanəsi Frans Bekkenbauer dünən keçirilən Çempionlar Liqasının final oyunu haqda danışarkən «Barselona»nın ulduzu Lionel Messi haqda da fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına müsahibəsində o, 1960-70-ci illərin futbolunu xatırlayıb.

«Həmin vaxtlar futbol çox sərt idi. Deyək ki, əgər o zamanlar Messi oynasaydı, onda Berti Foqts argentinalını «məhv» edərdi. Messinin xoşbətliyi indiki zamanda oynamasıdır»- deyə o, «TheIndependent»ə müsahibəsində bildirib.

Daha çox


Son xəbərlər