UEFA Ronaldonu rəmzi yığmaya salmadı

UEFA Ronaldonu rəmzi yığmaya salmadı
DÜNYA FUTBOLU 27 May 2011 / 15:15 2711
-  A +

UEFA Çempionlar Liqasının 2010-11 mövsümü üçün rəmzi yığmasını müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, Portuqaliya millisi və “Real”ın yarımmüdafiəçisi Kriştiano Ronaldo ideal “11”likdən kənarda qalıb. UEFA-nın tərtib etdiyi rəmzi yığma isə belədir: Edvin van der Sar (“Mançester Yunayted”), Dario Srna ("Şaxtyor"), Jerar Pike (“Barselona”), Nemanya Vidiç (“Mançester Yunayted”), Marselo (“Real”), Məsut Özil (“Real”), Andres İnyesta (“Barselona”), Rayan Giqqz (“Mançester Yunayted”), Qaret Beyl (“Tottenhem”), Lionel Messi (“Barselona”) və Raul Qonzales (“Şalke”).

Daha çox


Son xəbərlər