Nəriman Axundzadə millinin heyətindən çıxarıldı

Nəriman Axundzadə millinin heyətindən çıxarıldı
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2025 / 11:20 3933
-  A +

Azərbaycan milli komandası itki ilə üzləşib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz seçmə mərhələnin ilk görüşündə səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər