Kamilo Duranın “Qarabağ”da oynayacağı təsdiqləndi

Kamilo Duranın “Qarabağ”da oynayacağı təsdiqləndi
ÖLKƏ FUTBOLU 26 Avqust 2025 / 14:12 4220
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Portimonense"dən (Portuqaliya) Kamilo Duranı transfer etdiklərini təsdiqləyib. 

QOL.az xəbər verir ki, o, bu barədə Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında bildirib.

Mütəxəssis 23 yaşlı hücumçunun keçidinin baş tutduğunu açıqlayıb. 

Qeyd edək ki, kolumbiyalı futbolçu karyerası ərzində "Flamenqo" (Braziliya) və "Medelin"in (ABŞ) U-20, "Estrela"ın (Portuqaliya) U-23 komandalarında, həmçinin "Lusitania"da (Portuqaliya) da oynayıb. 

Daha çox


Son xəbərlər
25.08.25  15:00

"Arsenal"da şok itki