"Sabah risklər etməyə çalışacağıq" - Valdas Dambrauskas

"Sabah risklər etməyə çalışacağıq" -  Valdas Dambrauskas
ÖLKƏ FUTBOLU 12 Avqust 2025 / 18:17 1523
-  A +

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşlərində keçiriləcək "Levski" (Bolqarıstan) ilə oyun haqda danışıb.

QOL.az xəbər verir ki, o, matçdan öncə təşkil olunan mətbuat konfransında heyətin sağlam olduğunu deyib: 

"Sofiyadakı ağır oyundan sonra futbolçuların əzələlərində problemin, qıcıqlanmaların olması normaldır. Amma hazırda bütün oyunçularımız sabahkı matça hazırdır. Hamısı məşqlərdə əllərindən gələni edirlər. Komandada hamı sağlamdır. Sabah istədiyimiz heyəti görə biləcəyik".

Mütəxəssis sabahkı oyundan gözləntiləri haqda da danışıb: "İnanıram ki, hansı oyun üslubunu seçsək, bu, bizə qalibiyyət gətirəcək. Amma çox çətin olacaq. Çünki “Levski” yaxşı təşkilatlanmış komandadır. Qapısında birdən çox qol görməyib. Müdafiə cəhətdən həmişə fərqlənən komanda olub. Bilirsiniz ki, bu qarşılaşmada bizi heç-heçə qane etmir. Sabah risklər etməyə çalışacağıq. Hücum futbolu oynayaraq hesabı öz xeyrimizə çevirmək üçün səy göstərəcəyik".

Qeyd edək ki, "Sabah" - "Levski" matçı avqustun 14-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Masazır klubu ilk oyunda 0:1 hesabı ilə məğlub olmuşdu.

Daha çox


Son xəbərlər