Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
QOL.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edib. Görüşü niderlandlı tanınmış referi Denni Makkeli idarə edib.
Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, bu qələbə sayəsində “Qarabağ” tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi daha əvvəl 2017/18, 2022/23 və 2024/25 mövsümlərində də ÇL-də “pley-off”da oynamışdı.
Eyni zamanda bugünkü qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini təmin edib.
"Pley-off"da "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq.
Bu cütün məğlubu isə Avroliqanın pley-offunda “Şkendiya” ilə qarşılaşacaq.
12 avqust
UEFA Çempionlar Liqası
3-cü mərhələ, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1
Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1)
İlk oyun - 1:0
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Traktor"dan daha bir kubok
Ronaldo Corcinaya evlilik təklif etdi - Şəkil
"Sumqayıt" braziliyalı futbolçu transfer etdi
"Sabah" - "Levski" oyununa nə qədər bilet satılıb?
"Qarabağ"la ilk görüşdə istədiyimiz səviyyədə oynaya bilmədik" - "Şkendiya"nın futbolçusu
İtaliya millisinin üzvü "Atletiko"da
"Qəbələ" nigeriyalı oyunçu aldı - Rəsmi
İki qardaş eyni gündə Azərbaycan klublarına transfer olundu
Adı “Qarabağ”la hallanan Klovis transfer olunacaqmı?
“Bir hücumçu gətirməklə dayanmayacağıq” - Qurban Qurbanov
Millimizin sabiq üzvü bu kluba keçdi