Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında boksçumuza qarşı qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.
QOL.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (İBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançımızın hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.
İBA prezidenti Umar Kremlyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
O videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşündəki hakim özbaşınalığa yol verməməli idi: “Bu həm İBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə İBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.
U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar: “Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.
Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Görüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.
“Qarabağ” "Şkendiya"ya qalib gəldi
“Portu”nun sabiq kapitanı vəfat etdi
"Liverpul"un yetirməsi rəsmən "Lion"da
Gürcüstan millisinin oyunçusu "Udineze"yə keçdi
“Qarabağ” “Şkendiya” ilə oyuna bu heyətlə çıxacaq
"Turan Tovuz" Türkiyədə sonuncu oyunu keçirdi
"Səbail" yeni transferini rəsmiləşdirdi
İngiltərə nəhəngləri PSJ-nin hücumçusunu istəyirlər
Türkiyə Superliqasının 3 oyunu təxirə salındı
“Qəbələ” növbəti transferini açıqladı
"Kəpəz" sabiq futbolçusunu transfer etdi - Rəsmi
Tomas Parti 5 zorlamada ittiham olunur
"Mançester Yunayted" onun üçün 85 milyon avro təklif etdi
Luka Yoviç bu kluba keçdi - Rəsmi
Namik Ələskərovun yeni klubu müəyyənləşdi
"Qəbələ" iki futbolçu ilə müqaviləni uzatdı
"Şkendiya" - "Qarabağ" matçı bu kanalda
Tətbiqimizi yüklə, xəbərlər telefonuna gəlsin!
"Qarabağ" düşərgəsindən yaxşı xəbər var
“Sabah” - "Levski" oyununun biletləri satışda
Sabiq "Qalatasaray"lı İraq klubunda
"Omoniya" Bakıda azarkeşsiz qalacaq
"Şkendiya" - "Qarabağ": kimi nə qədər azarkeş dəstəkləyəcək?
"Karvan"da yeni müqavilə
Xabi Alonsodan kapitanla bağlı sərt qərar
Ter Ştegen cəzalandırıla bilər
Qonsalu Qedeş yenidən La Liqada
"Araz-Naxçıvan" braziliyalı oyunçu transfer etdi
Futbolçu klubu özbaşına tərk etdi, ölkəsinə qayıtmadı