“Neftçi” Lüksemburq millisinin üzvünü transfer etdi

“Neftçi” Lüksemburq millisinin üzvünü transfer etdi
ÖLKƏ FUTBOLU 30 İyul 2025 / 10:35 4014
-  A +

"Neftçi” daha bir transferini həyata keçirib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lüksemburq millisinin futbolçusu Alessio Kurçi heyətə cəlb edilib. 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, "Neftçi" bu yay Sessi D’Almeyda,  Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin və Kenan Piriçi də heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər