“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində!

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində!
ÇEMPİONLAR LİQASI 30 İyul 2025 / 21:51 9014
-  A +

Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında ilk oyunda "Qarabağ" 3:0 hesablı qələbə qazanmışdı.

Qurban Qurbanovun komandası bu cütün qalibi olduğu üçün ÇL-də 3-cü mərhələyə yüksəlməklə yanaşı, Konfrans Liqasında Liqa mərhələsini, Avroliqada isə pley-off-u təmin edib.

"Qarabağ" növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

30 iyul
 
20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) - 1:0

Qol: Con Martin, 44-avtoqol 

Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina

VAR: Daniele Doveri

AVAR: Daniele Paterna

(Hakimlər briqadası İtaliyadandır)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 3:0.


Son xəbərlər