Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb

Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
XƏBƏR 18 İyul 2025 / 10:43 1452
-  A +

Azərbaycan 2025/26 mövsümü UEFA reytinqinə ilk xallarını qazanıb.

QOL.az xəbər verir ki, bu, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Çelye” (Sloveniya) - “Sabah” (Azərbaycan) oyunundan sonra (3:3, ilk matç 2:3) sonda mümkün olub.

Reytinqə 0,125 xal əlavə olunub. Hazırda 29-cu olan Azərbaycanın xal ehtiyatı 17,250 təşkil edir. Ölkəmizdən bir pillə öndə - 28-ci pillədəki Ukraynanın 17,975, bir pillə sonra - 30-cu yerdə qərarlaşan Bolqarıstanın 16,500 xalı var.

Xatırladaq ki, “Sabah” Avroliqada mübarizəni başa vurduğu üçün Konfrans Liqasında yarışacaq. Gələn həftə Azərbaycanın daha 3 klubu - “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz Naxçıvan” da (Konfrans Liqası) avrokuboklara start verir.

Daha çox


Son xəbərlər