Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı - Yenilənib-2

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı - Yenilənib-2
PREMYER LİQA 18 İyul 2025 / 15:18 5150
-  A +

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb.

QOL.az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq. 

Üçüncü dövrənin püşkü ayrıca atılacaq. Bu haqda Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib. 

O qeyd edib ki, reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz. Daha sonra püşkatma mərasimi keçirilib. 

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

"İmişli" - "Turan Tovuz"

"Neftçi" - "Şamaxı"

"Sabah" - "Qarabağ"

"Sumqayıt" - "Kəpəz"

"Karvan" - "Qəbələ"

"Zirə" - "Araz-Naxçıvan"

Püşkatmada 3-cü dövrənin ilk turunda ev sahibi olacaq komandalar da müəyyənləşib. Püşkün nəticəsi:

"Zirə" - "Kəpəz"

"Qarabağ" - ""Araz-Naxçıvan"

"Karvan" - "Sumqayıt"

'Şamaxı" - "İmişli"

"Sabah" - "Qəbələ"

"Neftçi" - "Turan Tovuz"

Qeyd edək ki, yeni mövsümə avqustun 15-də start veriləcək.

Daha çox


Son xəbərlər