"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"

"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"
XƏBƏR 8 İyul 2025 / 14:41 1811
-  A +

"Real"ın, PSJ-nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele 2025-ci ilin "Qızıl top" mükafatının kimə verilməli olduğu ilə bağlı fikirlərini bölüşüb.

QOL.az AS nəşrinə istinadən xəbər verir ki, o, əsas namizədin Usman Dembele olduğunu bildirib. O, həmçinin "Barselona"nın 17 yaşlı ulduzu Lamin Yamalın bu mükafatı hələlik qazanmamalı olduğunu deyib:

"Qızıl Top"u Dembeleyə verərdim. Lamin hələ öz səviyyəsini uzun müddət ərzində sübut etməlidir. Usman daha əvvəl başlayıb. Əgər indi bu balaca Laminə versək... (gülür). O, hələ çox şey sübut etməlidir. Gəlin, onu rahat buraxaq. O hələ uşaqdır, istedadlıdır. Onu bu yaşında təzyiq altında əzməyə dəyməz".

Qeyd edək ki, Usman Dembele başa çatan mövsümdə PSJ-nin heyətində 49 oyuna çıxaraq 33 qol vurub və 15 qolun ötürməsini edib. 

Daha çox


Son xəbərlər