"Qarabağ" Avstriyada ilk yoxlama oyununa çıxır

"Qarabağ" Avstriyada ilk yoxlama oyununa çıxır
ÖLKƏ FUTBOLU 7 İyul 2025 / 09:40 1649
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Metallist 1925" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək. 

Bakıdakı ilk yoxlama matçında "Zirə"yə 4 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Bizi İnstaqramda izləmək üçün keçid et


Son xəbərlər