“Araz-Naxçıvan”ın yeni transferlərindən olan almaniyalı hücumçu Çance Simakala Ba-Muakanın QOL.az saytına müsahibəsi
- Artıq bir müddətdir yeni komandanızın düşərgəsindəsiniz. İlkin təəssüratlarınız necədir?
- Təəssüratlarım çox yaxşıdır. Azərbaycan gözəl ölkədir. Burada gördüklərim mənim üçün yaxşı mənada sürpriz oldu. Düzdür, hələ ki çox yeri gəzməmişəm. Lakin ilk baxışdan Bakı, insanlar xoş təsir bağışlayır.
- Bəs komanda ilə bağlı düşüncələriniz?
- Hiss olunur ki, komandada yaxşı futbolçular cəmləşib. Düzdür, xüsusi olaraq kimisə fərqləndirmək istəmirəm. Birlikdə uğura nail olmaq istəyirik. Buna görə də ciddi hazırlaşırıq. Türkiyə toplanışımız da olacaq. Qarşıdan Konfrans Liqasının oyunları gəlir. Orada yaxşı çıxış etmək üçün əlimizdən gələni etməliyik.
- Azərbaycana gəlməmişdən öncə burada oynayan futbolçulardan kimləri tanıyırdınız? Məsləhətləşdiyiniz şəxs oldu?
- “Sabah”dan Mikelsi tanıyıram. O, demək olar ki, mənə böyük qardaş kimidir. O, Almaniyadan bura daha əvvəl gəlib. Fikirlərini öyrəndim. “Araz-Naxçıvan”, Azərbaycan futbolu barədə müsbət sözlər dedi. Bakıya daha tez uyğunlaşmağımda onun da rolu oldu.
- Qeyd etdiyiniz kimi, qarşıdan Konfrans Liqasının oyunları gəlir. Yunanıstan “Aris”i ilə matçlardan gözləntiləriniz nədir?
- “Aris” güclü rəqibdir. Heyətlərində çox səviyyəli legionerləri var. Ona görə də işimiz çox çətin olacaq. Ümumiyyətlə, müasir futbolda asan matç olmur. Heç vaxt meydana arxayın çıxıb “5:0 hesablı qələbə qazanacağam” deyə düşünmək olmaz. Eləcə də rəqib hər nə qədər güclü olsa da, əvvəldən təslim olmaq da düzgün deyil. Meydana çıxıb mübarizə aparmaq lazımdır.
- Bəs şansları necə dəyərləndirirsiniz?
- Dediyim kimi, rəqib güclüdür. ƏIimizdən gələni etməliyik. İlk oyun evdədir. Bacardığımız qədər qol və qollar vurmalı, eləcə də qapımızı toxunulmaz saxlamağa çalışmalıyıq. Komanda olaraq mübarizə aparsaq, şansımız var.
- Ötən mövsüm “Araz-Naxçıvan”ın əsas hücumçusu Ramon Maçado idi. Onu əsas heyətdən kənarlaşdıra biləcəksiniz?
- Maçado yaxşı insan, peşəkar futbolçudur. İlk gündən münasibətimiz çox yaxşıdır. Biz onunla rəqib deyilik. Təbii ki, hər kəs əsas heyətdə oynamaq istəyər. Lakin vacib olan bir-birimizi dəstəkləməkdir. Biri oynayanda digəri onu dəstəkləyəcək. Hər ikimizin məqsədi komandaya xeyir verməkdir.
- Almaniyanın aşağı yaş qrupları üzrə millilərində sonradan Azərbaycanın əsas yığmasını seçən Renat Dadaşovla eyni vaxtda oynamısınız. Onu xatırlayırsınız? Bir hücumçu kimi necə xarakterizə edərdiniz?
- Açığı, indi onu xatırlamıram. Ola bilər tanıyıram, lakin adını unutmuşam.
Hakim azarkeşə qırmızı vərəqə göstərdi
"Messi dünyanın ən yaxşı oyunçusu olaraq qalacaq"
"Beşiktaş"ın futbolçularından xoş xəbərlər var
Paratiçi yenidən "Tottenhem"dən gedir
Salah 19 yaşlı futbolçu ilə əvəzlənə bilər
Martinelli her-trik etdi, "Arsenal" qalib gəldi
Qara Qarayev milliyə təyinat aldı
"Ayaks" autsayderə qarşı çətin qələbə qazandı
İtaliya nəhəngləri oyunçularını dəyişir?
"Real"ın futbolçusu üçün 180 milyonluq təklif var
Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu - Şəkillər
Milli hakimin qərarlarından narazıdır, CAF-a şikayət edəcək
Amorimə görə "Roma"ya transferi baş tutmadı
"Sabah" 3 dəqiqədə 2 qol vurdu, qələbə qazandı
"Əl-İttihad" 38 yaşlı futbolçusunu buraxmaq istəmir
"Qarabağ"ın rəqibinin gənc futbolçusu sıradan çıxdı
Reşford üçün Ciddədə görüş
“Qarabağ”ın akademiyasından əsas komandaya növbəti addım
600 gündən sonra “Mançester Siti”də qol vurdu
Karvaxal: "Klub da mənimlə eyni fikirdədir"
"Roma"nın kapitanı qərarını verdi
Flik final "El-Klassiko"su haqda
Enrike PSJ-dən ayrıla bilər
Qurban Qurbanov 15 yaşlı Əlini əsas komandaya çağırdı
"Yenə də çempion biz olacağıq" - Okan Buruk
"Genduzi sanki 8 aydır burada oynayır" - Domeniko Tedesko
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
"Fənərbaxça" "Qalatasaray"a belə qalib gəldi - Video
"Bayer" uduzdu, "Frayburq"dan qələbə
Afrika Millətlər Kubokunda son yarımfinalçılar məlum oldu
Azərbaycan çempionları müəyyənləşdi
"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi, Superkuboku qazandı
Bonifase əməliyyat olunacaq
"Bavariya" 16 yaşlı futbolçunu hədəf aldı
"Hesaba aldanmaq olmaz" - Andrey Demçenko
"Arsenal" 5 futbolçusu ilə müqaviləni uzadır
Van Deyk: "Daha bir neçə il oynayacağam"
"Araz-Naxçıvan"dan 7 qollu qələbə