13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhməd Blits Komanda Çempionatının 5-ci raundunda Hikaru Nakamuranı məğlub edib.
QOL.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Sənan Şəfizadə bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, görüşdən foto paylaşaraq Xaqanın uğurunu bölüşüb:
“Həyat çox qəribədi. Soruşun niyə?
Deməli, Londonda keçirilən blits üzrə dünya çempionatında həmyerlimiz Xaqan Əhmədin qələbəsi gündəm olub. 5-ci turda 2290 FIDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub. Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.
Qəribəlik isə budur. Təsəvvür edin, böyük yarışlarda Hikaru Nakamuranın partiyalarını internetdən izləməklə şahmata daha çox bağlanırsan. Və 13 yaşında Hikaruya qarşı oynamaq şansı qazanıraraq onu məğlub edirsən.
Paylaşdığım fotoya diqqətlə baxın. Əl hərəkətləri insanın vəziyyətini, düşündüyünü göstərir. Hikaru məcburiyyətdən əlini uzadaraq təslim olduğunu etiraf edir. Xaqanın baxışı isə ayrıca dünyadır. Sanki nə etdiyinə inanmır.
Fotoda mərkəzdə hamı şokdadı. Sağda qadın sevincini üzünü tutmaqla boğmağa çalışır. Solda şahmat üzrə Azərbaycan çempionu Rauf Məmmədovun rahat şəkildə oyunu izləməsi. Dünya çempionatında digər komandada çıxış edən Raufun rəqib heyətdə təmsil olunan azərbaycanlının yanında olması möhtəşəmdi.
Əziz Xaqan, bu sadəcə başlanğıc olsun”.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı