Kuinsi Promes yenidən həbs edildi

Kuinsi Promes yenidən həbs edildi
DÜNYA FUTBOLU 13 İyun 2025 / 09:54 1343
-  A +

Niderland millisinin sabiq üzvü Kuinsi Promes Dubayda həbs olunub.

QOL.az "De Telegraaf"a istinadən xəbər verir ki, o, Niderland prokurorluğunun tələbi əsasında saxlanılıb.

Promes 2024-cü ilin martında Avropa ölkəsində narkotik qaçaqmalçılığı işində təqsirli bilinib və çərti olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. 33 yaşlı hücumçu əmisi oğlunun bıçaqlanması ilə bağlı da mühakimə olunmuşdu. Futbolçu Niderland prokurorluğunun tələbi ilə Birləşmiş Ərəb Əmirliklərində növbəti həbs edilib.

Qeyd edək ki, əvvəlcə də həbs olunan Promes may ayında girov müqabilində həbsdən buraxılıb. Kuinsi 2014-2021-ci illərdə Niderland millisində 50 oyuna 7 qol vurub. Moskva "Spartak"ı, "Sevilya" və "Ayaks" kimi klublarına formasını geyinən futbolçu 2024-cü ildən BƏƏ-nin 1-ci divizion klubu "Dubai United"də çıxış edir.


Son xəbərlər