Fatih Terim "Qalatasaray"a qayıdır

Fatih Terim "Qalatasaray"a qayıdır
DÜNYA FUTBOLU 17 May 2011 / 00:01 2989
-  A +

"Qalatasaray" klubunun yeni prezidenti Ünal Aysal 2011-2012-ci il mövsümündə baş məşqçi vəzifəsi üçün ilk təklifi Fatih Terimə ünvanlayıb. Qol.Az-ın məlumatına görə, bu məqsədlə Ünalla Terim arasında görüş keçirilib.

Görüşdə iştirak etmiş klub rəsmisi əli Dürüst jurnalistlərə açıqlamasında görüşün xoş ab-havada keçdiyini söyləyib. O, mayın 18-də rəsmən fəaliyyətə başlayacaqları gün Terimlə yenidən bir araya gələcəklərini vurğulayıb. 

Qeyd edək ki, Fatih Terim 1996 - 2000 və 2002 - 2004-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. Ünal Aysal İngiltərənin "Bolton" klubunun isveçli hücumçusu Yohan Elmanderin transferini reallaşdıracağına da söz verib. Artıq Elmanderin "sarı-qırmızılar"a keçidi üçün heç bir əngəlin qalmadığı bildirilir. Futbolçu ilə klub arasında münasibətlər Aysalın rəsmən fəakiyyətə başlandığı vaxt rəsmiləşəcək.   

Daha çox


Son xəbərlər