Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi başlayıb.
QOL.az xəbər verir ki, bu mərhələnin ilk oyun gününə 4 matç nəzərdə tutulub.
A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi və son dünya çempionu olan Rumıniya ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan millimiz (2:1) turnirin 1/4 finalına adlayıb.
Həmçinin növbəti mərhələyə İngiltərə, Macarıstan və Mavritaniya milliləri yüksəlib.
Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0).
Dünya çempionatı
1/8 final
27 may
17:30. İngiltərə - Bolqarıstan - 2:2, pen - 3:1
19:00. Portuqaliya - Macarıstan - 2:3
20:30. Azərbaycan - Rumıniya - 1:1, pen - 2:1
22:00. Fransa - Mavritaniya - 0:1
Qedy edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandası
La Liqada mövsümün ən yaxşı məşqçisi adına namizədlər
AFFA U-15 Liqasının qalibi məlum oldu
"Milan"ın yeni idman direktoru açıqlandı
"Everton"da 4 ayrılıq
"Mançester Yunayted"dən 100 milyonluq transfer icazəsi
Xabi Alonso "Real"a təyinatından danışdı
Vladimir Putin Murad Musayevi təbrik etdi
"Arsenal"dan 5 illik müqavilə təklifi
ÇL finalından əvvəl o da səhnə alacaq