Bu gün Bakıda dünya çempionatı başlayır

Bu gün Bakıda dünya çempionatı başlayır
ÖLKƏ FUTBOLU 21 May 2025 / 09:42 1412
-  A +

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək.

Əvvəlcə turnirin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycanın Xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki musiqi proqramı ilə çıxış edəcəklər.

A qrupunda yer alan Azərbaycan millisi bu gün Bəhreynlə qarşılaşacaq. Oyun saat 20:30-da başlayacaq.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya komadası üz-üzə gələcək.

21 may

Dünya çempionatı

Qrup mərhələsi

1-ci tur

A qrupu

20:30. Azərbaycan - Bəhreyn

23:00. Mavritaniya - Sloveniya

 

B qrupu

09:15. Fransa - Çad

21:45. Rumıniya - Özbəkistan

C qrupu

10:30. Macarıstan - Türkiyə

13:00. Ukrayna - İngiltərə

D qrupu

11:45. Bolqarıstan Portuqaliya

14:15. Slovakiya - Hindistan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı iyunun 1-də başa çatacaq.

Daha çox


Son xəbərlər