"Ayaks"da baş məşqçi istefası

"Ayaks"da baş məşqçi istefası
XƏBƏR 19 May 2025 / 15:58 881
-  A +

"Ayaks" baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin belə qərar verməsinə səbəb komandanın ölkə çempionu ola bilməməyi, cari mövsümdə 2-ci yeri tutmağıdır.

Tərəflər 2027-ci ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Qeyd edək ki, Farioli ötən ilin may ayından bu vəzifədə çalışırdı. 


Son xəbərlər