“Neftçi”nin qapıçısı Emil Balayev Msli Premyer Liqasının 35-ci turunda “Səbail”ə qarşı keçirilən oyundan sonra jurnalistərin suallarını cavablandırıb. QOL.az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Mövsümün son ev oyununda qalib gəldiniz. “Səbail” üzərində qazanılan 3:0 hesablı qələbəni necə şərh edərdiniz?
Çempionat sona yaxınlaşır. Hamımız vəziyyəti başa düşürük. Mövsümün sonunda 5, ya 6-cı yerdə olacağıq. Buna baxmayaraq, hansı klubu təmsil etdiyimizi başa düşürük. Bu məsuliyyəti dərk edirik. Sağ olsun uşaqların hamısı, 90 dəqiqə boyu çalışırdılar ki, nizam-intizamı qoruyaq. Şükürlər olsun ki, istəyimizə çatdıq və qələbə qazandıq.
- 5 və ya 6-cı yerin arasında nə dərəcədə fərq var?
- Təbii ki, qlobal bir fərq yoxdur. “Neftçi”nin adı, tarixi ən yüksəklərdə olmağa layiqdir. Formal xarakter daşıyan yerlərdir deyə 5-6 dedim.
- Mövsümün son turunda “Sabah”la qarşılaşacaqsınız. Qalib gəlsəniz, turnir cədvəlində onları qabaqlayıb 5-ci olacaqsınız. Həmin matça kubokdakı məğlubiyyətin revanşı kimi baxırsınız?
- Artıq 2-3 turdur bizim üçün turnir cədvəli baxımından mövsüm bitib. Buna baxmayaraq, biz məsuliyyətimizi dərk edirik. İlk növbədə “Neftçi”nin adına layiqli oyun göstərməyə çalışırıq. Heyətimizdə itkilər var. Bəzən baş məşqçimiz məcburiyyətdən yarımmüdafiəçini mərkəz müdafiəçisi mövqeyində oynadır. Bütün bu çətinliklərə baxmayaraq, hər matça qələbə üçün çıxırıq. Rəqibin adı bizim üçün fərq etmir.
- “Araz-Naxçıvan” və “Turan Tovuz” müvafiq olaraq 3 və 4-cü yerləri tutsa da, son 8-10 turda xeyli xal itkisi ilə üzləşdi. Düşünmürsünüz ki, “Neftçi” üstünlüyü kuboka yox, çempionata versəydi, bəlkə də 4-cü yeri tutub avrokuboklara yollana bilərdi?
- Kənardan ola bilər elə görsənirdi ki, biz fikrimizi daha çox kuboka yönəltmişik. Amma elə deyil. Komandanın daxilində olan biri kimi deyirəm ki, bizim üçün matçların heç biri fərq etmirdi. Hər görüşə qələbə üçün çıxırıq. Çempionatda az da olsa, şansımız qalırdı. Bundan yararlanmağa çalışırdıq. Təəssüf ki, “Zirə” ilə oyun bəlkə də qırılma anı oldu. Şansdan istifadə etmədiyimiz üçün çox üzüldük. Kubok və ya çempionat matçı fərq etmirdi, biz hər görüşdə maksimum gücümüzü qoyub qələbə qazanmağı hədəfləyirdik.
- “Neftçi” ilə müqaviləniz bitir. Sizi növbəti mövsümdə də komandada görmək mümkün olacaq?
- Bəli, müqaviləm mövsümün sonunda bitir. Amma borcumuzdur ki, sona qədər işimizə məsuliyyətlə yanaşaq, öhdəliklərimizi yerinə yetirək. Buradan çörək qazanırıqsa, bunu halallıqla etməliyik. Məşqlərdə, oyunlarda yola vermək olmaz, canla-başla əlimizdən gələni edirik. Gələcək barədə hazırda düşünmürəm. Sözləşmənin bitməsinə 1 həftə, 10 gün qalsa da, sona kimi üzərimizə düşəni etməliyik.
- Sözlərinizdən belə çıxır ki, yeni müqavilə barədə danışıqlara başlamamısınız? Ümumiyyətlə, “Neftçi”dən təklif almısınız?
- Bu, bir qədər məxfi məsələdir. Sualımıza cavab olaraq indiki vəziyyət üçün olanı dedim.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat