Messi yenidən millidə

Messi yenidən millidə
DÜNYA FUTBOLU 16 May 2025 / 16:10 1963
-  A +

“İnter Mayami”nin futbolçusu Lionel Messi Argentina millisinə dəvət alıb.

QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin Çili və Kolumbiya ilə oyunları üçün heyətə çağırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Messi bundan əvvəl millinin son iki oyununda iştirak etməmişdi. O, yüngül zədələr səbəbindən millidən kənarda qalmışdı.

Qeyd edək ki, Argentina yığması iyunun 6-da Çili, 11-də isə Kolumbiya ilə qarşılaşacaq.


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə