Demiçelis Meksika klubundan qovuldu

Demiçelis Meksika klubundan qovuldu
DÜNYA FUTBOLU 13 May 2025 / 16:11 555
-  A +

"Monterrey”in baş məşqçi Martin Demiçelis istefaya göndərilib.

QOL.az xəbər verir ki, bu barərdə Meksika klubunun rəsmi saytı məlumat yayıb. Yeni məşqçinin adının yaxın günlərdə açıqlanacağı bildirilib.

Argentina millisinin sabiq üzvü 2024-cü ilin avqustundan “Monterrey”i çalışdırırdı. Bu mövsüm komanda Meksikanın müntəzəm çempionatında 7-ci yeri tutub və 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl "Bavariya"nın 2-ci komandasını və "River Pleyt"i çalışdırıb.


Son xəbərlər
12.05.25  12:14

Evdə 150-ci qol