Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, gəncəlilər turnir cədvəlində 32 xalla 8-ci, "kimyaçılar" isə 30 xalla 9-cu yerdə qərarlaşıb.
Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş ağdamlıların 2:0 hesablı qələbəsi ilə bitib.
Bununla da "Qarabağ" xal sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan"ın isə 55 xalı var.
11 may (bazar)
20:00. “Qarabağ” - “Araz-Naxçıvan” - 2:0
Qollar: Musa Qurbanlı, 35, Aleksey Kaşuk, 59
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”
18:00. “Kəpəz” - “Sumqayıt” - 1:0
Qol: Rauf Hüseynli, 11 - pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu
9 may (cümə)
“Sabah” - “Şamaxı” - 3:1
10 may (şənbə)
“Turan Tovuz” - “Neftçi” - 1:2
“Səbail” - “Zirə” - 0:1

Bombardirlər:
Leandro Andrade ("Qarabağ") - 14 qol
Salifu Suma ("Zirə") - 12 qol
Davit Volkov ("Zirə") - 11 qol
Cesse Sekidika ("Sabah") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 9 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Nəriman Axundzadə ("Qarabağ") - 9 qol
Rafael Utziq ("Zirə") - 9 qol
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında