PSJ-nin baş məşqçisi Luis Enrike "Arsenal"a qalib gələrək (ilk oyun - 1:0, cavab matçı - 2:1) finala adlamaqlarını şərh edib.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyunun çox çətin keçdiyini, lakin layiqli qələbə qazandıqlarını deyib:
"Hazırda emosiyalara qapılmışam! "Arsenal" çox mütəşəkkil idi. Əks-hücum etmək imkanımız olsa da, diqqətimizi müdafiəyə yönəltməli idik. Çox çətin oyun keçdi. Gedişat tam düşündüyümüz kimi deyildi. Yeni həll yolları axtarmalı və vəziyyəti dəyişmək üçün əlavə səylər göstərməli olduq. Yenə də açıq qol şanslarımız yarandı.
Oyunun ilk yarısı məni əsəbiləşdirirdi, çünki biz özümüzə inamı yenidən qazanmağa çalışırdıq və komanda hər şeyin yolunda getmədiyini hiss etmişdi. Amma məhz belə məqamlarda müqavimət göstərmək və daha çox irəli atılmaq lazımdır. Bu, bizim ən çox çətinlik çəkdiyimiz oyun oldu. Amma finala həqiqətən də layiq idik. Hər kəs Çempionlar Liqasını qazanmaq arzusundadır. Lakin biz onu qazanmağa qadir olmaq istəyirik. Hə il bunun üçün mübarizə aparacağıq. İlk gündən demişdim ki, PSJ ilə tarix yazmaq istəyirəm. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, PSJ finalda "İnter"lə qarşılaşacaq. Həlledici matç mayın 31-də, Mühnendəki "Allianz Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Pedri mükafatlandırıldı
Bu gün "El-Klassiko" var
Emin Mahmudovun möhtəşəm qolu, "Neftçi"nin qələbəsi - Video
Misli Premyer Liqasına yüksələn klub bəyanat yaydı
Rəşad Sadıqov nəyə məyus oldu?
Volkovun "Zirə"yə qələbə gətirən qolu - Video
"Turan Tovuz" - "Neftçi": Heyətlər
Bu ölkədə şahmat qadağan edildi
"Barselona" üçün "El-Klassiko"dan öncə şad xəbər
Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi
Selçuk İnan istefa verdi
"Səbail" - "Zirə": Heyətlər açıqlandı
Fabreqas A seriyasında ən yaxşı məşqçi seçildi
"Baş məşqçimizin bu qələbədə rolu böyük oldu"
Məşhur nəşr də Arda Turanın yeni komandasını açıqladı
"Zaqatala"dan "Karvan"a 3 cavabsız qol - Video
“UEFA prezidentinin sözlərini eşidəndə utandım”
Birinci liqada oyunların vaxtı açıqlandı
"Arsenal" yeni transfer edir
Millimiz Belarusa belə qalib gəldi - Video