"Qarabağ" "Neftçi"yə, "Sabah" "Səbail"ə qalib gəldi

"Qarabağ" "Neftçi"yə, "Sabah" "Səbail"ə qalib gəldi
PREMYER LİQA 19 Aprel 2025 / 21:51 13932
-  A +

Misli Premyer Liqasında 31-ci tur davam edir. 

QOL.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib. 

Əvvəlcə “Sabah” “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. 

Beləliklə, Masazır təmsilçisi 39 xalla 5-ci, "Səbail" isə 20 xalla sonuncu - 10-cu yerdədir. 

Digər qarşılaşmada isə Azərbaycan derbisi baş tutub. “Qarabağ” “Neftçi”ni sınağa çəkib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da əgər sabah “Zirə” “Sumqayıt”la matçda xal itirsə, "Qarabağ" növbəti çempionluğunu rəsmiləşdirəcək. 

"Qarabağ" turnir cədvəlində 76 xalla liderdir. "Neftçi" isə 35 xalla 6-cıdır. 

Misli Premyer Liqası, 31-ci tur

19 aprel

20:00. “Qarabağ” - “Neftçi” - 3:0

Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40 - pen., Nəriman Axundzadə, 41

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Namik Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

17:30. “Sabah” - “Səbail” - 3:2 

Qollar: İnnosent Nşuti, 21 (0:1), Sofian Çakla, 31 (1:1), Süleyman Alluş, 74 (1:2), Dmitro Litvin, 82 - avtoqol (2:2), Coy-Lens Mikels, 90+3 (3:2)

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov

AVAR: Cəmil Quliyev

"Bank Respublika Arena"

20 aprel

16:30. “Şamaxı” - “Kəpəz”

19:00. “Zirə” - “Sumqayıt”

18 aprel

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Salifu Suma ("Zirə") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Daha çox


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"