Azərbaycanın U-17 millisindən Avropa çempionatına erkən vida - Yenilənib

Azərbaycanın U-17 millisindən Avropa çempionatına erkən vida - Yenilənib
XƏBƏR 22 Mart 2025 / 17:05 2640
-  A +

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yadullayevin baş məşqçisi olduğu millimiz 2-ci matçında Uelslə qarşılaşıb.

Görüş Albaniyanın Elbasan şəhərində keçirilib. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız seçmə mərhələdəki ikinci matçda da xal itirib.

Oyun 0:0 hesabı ilə yekublaşıb. 37-ci dəqiqədə “Mançester Yunayted”in gənclər komandasının üzvü Louie Bradbury penaltini dəqiq yerinə yetirə bilməyib.

Bununla da U-17 millimiz qrupda iştirakını başa vurub və yarışla erkən vidalaşıb. Komanda 1 xalla sonuncu yerdə qərarlaşıb və növbəti mərhələyə yüksəlmək şansını itirib.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin yer aldığı qrupda 1-ci yeri 1 oyundan 3 xalla Albaniya tutur. Uels 1 oyundan 1 xalla 2-cidir. Son matçda bu iki komandalar üz-üzə gələcək. Bundan sonra qrupun qalibi müəyyənləşəcək.


Son xəbərlər
22.03.25  15:52

Toy nə vaxtdır?